Tovuzda 15 yaşlı qız evlənmək üçün qaçırılıb

Tovuzda 15 yaşlı qız evlənmək üçün qaçırılıb

Tovuz sakini nəvəsinin oğurlanması ilə bağlı polisə müraciət edib.

 

Modern.az xəbər verir ki, rayonun Qovlar şəhər sakini, 1958-ci il təvəllüdlü A.H. rayon polis şöbəsinə ərizə ilə müraciət edərək nəvəsi, 2007-ci il təvəllüdlü Gülşənin (şərti) qaçırıldığını bildirib. O, əlavə edib ki, hadisə noyabrın 11-də gecə saat 1 radələrində baş verib.

 

Şikayətçi nəvəsinin evlənmək məqsədilə qaçırıla biləcəyini qeyd edib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub:

 

“Dərhal polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirib və müəyyən edilib ki, Şəmkir rayon Kür qəsəbə sakini 2007-ci il təvəllüdlü Tovuz rayon sakini 1994-cü il təvəllüdlü E. Mehdiyevlə görüşüb, könüllü şəkildə qaçıblar. Polis əməkdaşları onların yerini müəyyən edib və azyaşlı valideynlərinə təhvil verilib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Mənbə

Share: