Toyda 75 nəfər zəhərləndi

Son məlumata görə, Qəbələdəki toy mərasimində zəhərlənənlərin sayı 75 nəfərə çatıb.

Milletinsesi.az xəbər verir ki, səhiyyə Nazirliyinin yaydığı məlumata görə, zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ Rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hər iki tibb müəssisəsi gücləndirilmiş iş rejimində çalışıb. Səhiyyə işçilərinin səyi nəticəsində xəstələrdən böyük əksəriyyətinin vəziyyəti normallaşıb və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda Mərkəzi Xəstəxanada beş, Diqanostika Mərkəzində üç xəstənin stasionar müalicəsi davam edir. Faktla bağlı araşdırma aparılır.

Share: