Toylara yenə icazə verilmədi

“Toylar kütləvi tədbirlərdir və Nazirlər Kabinetinin qərarında kütləvi tədbirlərə icazə verilmir”.

Millətin Səsi .az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, açıq havada fəaliyyət göstərən iaşə obyektlərində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilmir:

“Toylar kütləvi tədbirlərdir və Nazirlər Kabinetinin qərarında kütləvi tədbirlərə icazə verilmir. Həmçinin, belə tədbirlər zamanı maskadan istifadə, sosial məsafə qaydalarını qorumaq çətin olur”

Share: