Tramp 4 böyük şəhərlərin maliyyələşməsini dayandırdı

ABŞ Prezidenti Donald Tramp “anarxiya, zorakılıq və məhv”ə mane olmayan Nyu-York, Vaşinqton, Sietl və Portland kimi şəhərlərin federal maliyyəsini ləğv etmək niyyətindədir.

Milletinsesi.az oxu.az-a istinadən bildirir ki, ABŞ liderinin müvafiq memorandumu bu gün Ağ Ev tərəfindən yayılıb.

Sənəddə deyilir: “Mənim adminstrasiyam federal vergilərdən gələn dollarlarla qanunsuz bölgələrə çevrilən şəhərlərin maliyyələşdirməsinə icazə verməyəcək”.

Söhbət Demokratlar tərəfindən idarə olunan şəhərlərdən gedir. Onlar Ağ Ev rəhbərinin kütləvi etirazların yatırılmasında Milli Qvardiyanın istifadəsi təklifindən imtina ediblər.

Memoranduma görə, hökumət adı qeyd edilən şəhərlər üçün federal maliyyənin nəzərdən keçirilməsinə başlayır.

Share: