
“ABŞ banan respublikasına çevrilib”.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin sabiq prezidenti Donald Tramp deyib.
“Üçüncü dünya ölkələrindən biri, banan respublikası – biz belə olduq”, – deyə o bildirib.
Tramp ABŞ-ın ən aktual problemləri arasında sərhədlərin mühafizəsi, seçki sistemi və hüquq-mühafizə orqanlarının siyasi silaha çevrilməsi məsələlərini xüsusi qeyd edib.