Tramp ABŞ-də “TikTok”un bloklanması müddətinin təxirə salınacağını güman edir

ABŞ administrasiyası “TikTok” sosial şəbəkəsinin Birləşmiş Ştatlarda bloklanmasının gecikməsini təxirə sala bilər.

“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Ondan aprelin 5-nə qədər “TikTok”un satışı ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə, möhləti uzatmaq niyyətində olub-olmadığı soruşulub. “Əgər (möhlətin) uzadılmasına ehtiyacım olsa, yəqin ki, onu uzadacağam”, – o deyib.

Eyni zamanda Tramp vurğulayıb ki, indi azı bir ay var, ona görə də uzadılması lazım deyil. “ABŞ-də “TikTok”a böyük maraq var. Çin də rol oynayacaq, ona görə də ümid edirəm ki, Çin müqaviləni təsdiq edəcək, lakin onlar da rol oynayacaqlar”, – o, sosial şəbəkəni kimin almaqda maraqlı olduğunu dəqiqləşdirmədən əlavə edib.

Share: