ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın Amerika demokratiyası üçün böyük təhlükə törətdiyini bəyan edib.
Bayden bunu növbəti prezident seçkisində iştirakını rəsmi şəkildə açıqlayandan sonra jurnalistlərin qarşısında çıxış edərkən deyib.
“Mən Trampı yaxşı tanıyıram və onun demokratiyamız üçün nə qədər təhlükə yaratdığını bilirəm”, – deyə 80 yaşlı Bayden bildirib.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkisi 2024-cü il noyabrın 5-nə təyin edilib. Bu, ölkə tarixində ABŞ-nin 47-ci prezidentinin seçilə biləcəyi 60-cı prezident seçkisi olacaq.
Mənbə: Anadolu