ABŞ Prezidenti Donald Tramp martın 31-də Çinə səfər edəcək.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Röyters” Ağ Evə istinadən məlumat yayıb.
Bildirilib ki, Trampın Çin səfəri aprelin 2-nə qədər davam edəcək.
Onun Çin Sədri Si Szinpinlə görüşəcəyi və ticarət tarifləri barədə razılaşmanın müddətini müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, daha öncə Trampın aprel ayında Çinə səfərinin gözlənildiyi xəbəri yayılmışdı.


