Tramp: Çin bu kanala nəzarət edə bilməz!

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Çinin Panama kanalına nəzarət etməsinə icazə verməyəcəyini bildirib.

Axar.az xəbər verir ki, Tramp bunu Vaşinqtonda jurnalistlərlə söhbəti zamanı deyib.

“Onlara 1 dollara verdilər, bizim gəmilərimizdən isə daha çox haqq alırlar (kanaldan keçid üçün – red.). Bu, baş verməyəcək. Çin Panama kanalına nəzarət edir. Bu da olmayacaq”, – Tramp bildirib.

Share: