Tramp illərdir sirr olaraq qalan hadisənin təfərrüatını açıqladı

Tramp illərdir sirr olaraq qalan hadisənin təfərrüatını açıqladı

Donald Tramp administrasiyası kiçik Martin Lüter Kinqin qətli ilə bağlı ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) sənədlərini ictimaiyyətə açıqlayıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının (DNI) direktoru Tulsi Qabbard “X” sosial media platforması hesabında açıqlama verib.

Açıqlamada FTB tərəfindən toplanan və 1977-ci ildən bəri məhkəmə qərarı ilə möhürlənmiş sənədlərin ABŞ Milli Arxivlər və Qeydlər İdarəsinin internet saytında ictimaiyyətə təqdim edildiyi bildirilib. Qeyd edilib ki, ümumi həcmi 230 min səhifədən çox olan sənədlərdə FTB-nin sui-qəsdlə bağlı araşdırmasının təfərrüatları və potensial şübhəlilərin qiymətləndirmələri var.

Qeyd edək ki, yanvarın 23-də ABŞ prezidenti Donald Tramp keçmiş prezident Con Kennedinin qətli ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən sərəncam imzalayıb. İcra sərəncamı Kennedinin, onun qardaşı Robert Kennedinin və Martin Lüter Kinqin öldürülməsi ilə bağlı bütün sənədlərin açıqlanmasını nəzərdə tutur.

Roza

Share: