Tramp Kim Çenlə müzakirəni nəzərdən keçirir

Andiçmə mərasimindən öncə Donald Trampın komandası onun Şimali Koreya lideri Kim Çen İnlə birbaşa danışıqlar aparmaq imkanını nəzərdən keçirir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Röyters”in məlumatında deyilir.

Bildirilir ki, Şimali Koreya lideri Kim Çen İnlə birbaşa danışıqlar “yeni diplomatik təkan” adlandırılan addımın bir hissəsi kimi müzakirə olunur.

Müzakirələr zamanı Yapon dənizi regionunda mümkün silahlı münaqişə risklərinin azaldılması üçün birgə diplomatik dialoqun başladılması planlaşdırılır.

Share: