
ABŞ prezidenti Donald Tramp administrasiyasına təcili olaraq Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski ilə görüşü təşkil etməyi tapşırıb.
Millətin Səsi.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp gələn həftə rusiyalı həmkarı ilə şəxsi görüş keçirməyi, az sonra isə Vladimir Zelenski ilə üçtərəfli görüş keçirməyi planlaşdırır.
Tramp bildirib ki, o, Ukraynadakı münaqişəyə son qoymaq və Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski ilə görüşlər keçirmək üçün güclü perspektivlərin olduğuna inanır. Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubio “Fox Business” telekanalına müsahibəsində bildirib ki, ABŞ lideri Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş ehtimalı Ukraynadakı münaqişənin sülh yolu ilə həlli məsələsində tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində əldə edilə biləcək irəliləyişdən asılıdır.