Tramp pornoulduza 130 min dollar verib..?

Tramp pornoulduza 130 min dollar verib..?

“Nyu-York polisi qayda-qanunu təmin etmək və yersiz aksiyalara imkan verməmək iqtidarındadır…”

 

“Tramp pornoulduzun onunla sevgi romanı yaşaması barədə 130 min dollar müqabilində susdurulması ilə bağlı ittiham edilir…”

 

ABŞ polisi və güc strukturları Donald Trampın saxlanılacağı təqdirdə iğtişaşlara hazırlaşır…

 

Nyu- Yorkun məxfi xidməti və polisi ABŞ-ın sabiq prezidenti Donald Trampın saxlanlılacağı və ona qarşı ittihamlar irəli sürüləcəyi tədqirdə yaranacaq iğtişaşlar zamanı mümkün hərəkətlərini müzakirə edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “pravda.ru” nəşri məlumat yayıb.

 

ABC teleşirkətinin məlumatına görə, ittihamların irəli sürülməsi və saxlanılma Manhettendə dairə prokurorluğunun binalar kompleksində baş tuta bilər.

 

Müşavirənin gedişində Nyu-York şəhər meri Erik Adams əmin olduğunu bildirib ki, polis qayda-qanunu təmin etmək və “yersiz aksiyalara” imkan verməmək iqtidarındadır.

 

“Foxnews” teleşirkəti özəl mənbələrinə istinadən məlumat verub ki, Böyük münsiflər heyəti işini davam etdirir. 

 

Şirkətin məlumatına görə, Donald Trampın ünvanına ittihamlar növbəti həftədən tez səsləndirilə bilməyəcək, çünki Böyük münsiflər heyəti adı açıqlanmayan daha bir şahidi dindirməlidir.

 

Qeyd edək ki, əvvəllər tarixdə Ağ evin sabiq və ya fəaliyyətdə olan rəhbərlərinə cinayət işləri üzrə ittihamlar irəli sürülməyib.

 

Bir neçə gün öncə Donald Tramp öz tərəfdarlarını küçələrə çıxaraq onu “qanunsuz” həbsdən qorumağa çağırış edib.

 

Sabiq prezident pornoulduz Stormi Denilsin Trampla sevgi romanı yaşadığı barədə prezident seçkiləri zamanı susması müqabilində ona 130 min dollar verməsində şübhəli bilinir.

 

Ötən həftə Donald Trampa bu işlə bağlı ifadələr verməsi üçün zəng edilib.

Mənbə

Share: