Tramp Qəzzaya görə çağırış etdi

Tramp Qəzzaya görə çağırış etdi

Bütün Yaxın Şərq ölkələri və maraqlı dövlətlər bütün regionda davamlı sülhə nail olmaq üçün birgə işləməlidir.

Millətin Səsi.az xəbər verir ki, bu haqda ABŞ lideri “Truth Social” səhifəsində Qəzzada atəşkəslə bağlı Şarm Əl-Şeyx sammitinin nəticələrinə yekun vuraraq yazıb.

“İndi region üçün bu qədər uzun və gərgin mübarizə aparan bütün o böyük ölkələr bir araya gəlib işi görməlidirlər! Qəzza bunun yalnız bir hissəsidir. Böyük hissə Yaxın Şərqdə sülhdür!”

Oktyabrın 13-də Misirin Şarm Əl-Şeyx şəhərində Qəzza sülh sammiti keçirilib. Misir prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani, ABŞ prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəslə bağlı yekun sazişi imzalayıblar. Misir prezident ofisinin məlumatına görə, sammit iştirakçıları Trampın Qəzza zolağında münaqişənin həlli planının sonrakı mərhələlərini həyata keçirilməsinə görə çağırış ediblər.

Share: