ABŞ prezidenti Donald Tramp Şimali Koreya liderinin maraqlanacağı təqdirdə Asiya səfəri zamanı Kim Çenlə görüşmək istədiyini bildirib.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Tramp Yaponiyaya gedərkən “Air Force One” təyyarəsində jurnalistlərə deyib:
“Mən heç nə deməmişəm, amma görüşmək istəsə, onunla görüşmək istərdim. Kim Çenlə yaxşı münasibətim var idi. Ondan xoşum gəldi; o, məni bəyəndi. Görüşmək istəsə, Cənubi Koreyada olacağam”.
Ağ Evin mətbuat katibi Karolin Leavitt cümə axşamı ABŞ prezidentinin Malayziya, Yaponiya və Cənubi Koreyaya səfər edəcəyini açıqlayıb. O, ikitərəfli danışıqlarla yanaşı, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) tədbirlərində də iştirak edəcək.


