
ABŞ prezidenti Donald Tramp Ağ Evdə milli təhlükəsizlik komandasına təcili iclas əmri verib.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Fox News” kanalı məlumat yayıb.
Bildirilib ki, Tramp İsrail-İran gərginliyi ilə bağlı son vəziyyəti müzakirə etmək üçün “Situasiya otağı”nda Milli Təhlükəsizlik Şurasının heyəti ilə görüşəcək.
Mövzu ilə bağlı Ağ Evdən hələlik heç bir açıqlama verilməyib.
Roza