Tramp Türkiyəyə gəlməyəcək

Tramp Türkiyəyə gəlməyəcək

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi qismində iştirak etmək üçün Türkiyəyə səfər etməyəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə CNN Ağ Ev rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, Kreml Prezident Vladimir Putinin daxil olmadığı Rusiya nümayəndə heyətinin siyahısını açıqladıqdan sonra Ağ Evin iki rəsmisi Trampın da iştirak etməyəcəyini bildirib:

“Yaxın Şərqin 3 ölkəsinə səfəri zamanı Trampın iş qrafikini dəyişdirməsi, prezidentin bu qədər sıx qrafiklə belə mühüm danışıqlara hazırlanması kimi ciddi diplomatik vəzifəni nəzərə almasaq, logistik kabus olardı”.

Qeyd edək ki, Trampın Yaxın Şərq turnesi 13 mayda başlayıb. O, Ərəbistandan sonra Qətərə gəlib və buradan BƏƏ-yə gedəcək.

Share: