Tramp Vaşinqtonda Əliyev və Paşinyanla görüşəcək

Tramp Vaşinqtonda Əliyev və Paşinyanla görüşəcək

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Paşinyanla görüşün saat 14:30-da başlaması planlaşdırılır. Əliyevlə – saat 15:20-də..

Millətin Səsi.az TASS-a istinadən xəbər verir ki, İkitərəfli görüşlər saat 16:00-da başa çatdıqdan sonra  birgə üçtərəfli bəyanatın veriləcəyi gözlənilir.

Tramp, Əliyev və Paşinyanın üçtərəfli görüşü də mümkündür.

Tramp “Truth Social” telekanalında bildirib ki, avqustun 8-də Vaşinqtonda Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması mərasimi keçiriləcək.

Trampın sözlərinə görə, Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla “Tarixi Sülh Sammiti” keçiriləcək.

“Mənim administrasiyam kifayət qədər müddətdir ki, hər iki tərəflə məşğuldur. Sabah prezident Əliyev və baş nazir Paşinyan Ağ Evdə rəsmi Sülh İmzalama Mərasimində mənimlə birgə olacaqlar”, – Tramp yazıb.

Share: