
ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü sülh planı uğursuzluğa məhkumdur, çünki o, Ukraynaya təhlükəsizlik zəmanəti vermədən bütün təsir imkanlarını Rusiyaya ötürür.
Axar.az xəbər verir ki, bu açıqlama ilə amerikalı siyasi ekspert Mark Çempion çıxış edib.
“ABŞ deyir ki, Ukrayna sazişi qəbul etməlidir ki, hamı “daha yaxşı Ukrayna” qurmağa davam etsin. Bu, düzgün məqsəddir, amma razılaşma olduğu kimi yazılsa, bu, mümkün olmayacaq”, – o bildirib.
M.Çempionun fikrincə, potensial razılaşmanın yeddi bəndindən ikisi göstəricidir: dərhal atəşkəs, ardınca isə Moskva ilə Kiyev arasında birbaşa danışıqlar:
“Beləliklə, bu, böyük sülh sazişi deyil, Donald Trampın bir ay əvvəl təklif etdiyi qeyd-şərtsiz atəşkəs üçün Rusiyanın şərtlərinin qəbul edilməsidir”.