ABŞ prezidenti Donald Trampın Qəzza sülh planının icrası sual altındadır, çünki həm İsrail, həm də HƏMAS onun pozulduğunu bildirirlər.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“İsrailin baş naziri Binyamin Netanyahu və onun döyüş kabineti bir çox hallarda Fələstin dövlətinin olmayacağını deyib. İndi Trampın sülh planını almışıq. Hər iki tərəf – İsrail və HƏMAS onun müddəalarının pozulduğunu deyir. Ona görə də bu sülh planının sonrakı icrası sual altındadır”.
O, əlavə edib ki, Rusiya ABŞ prezidentinin təşəbbüsünü alqışlayanlar sırasındadır, çünki bu, qalan girovların və ölənlərin cəsədlərinin qaytarılmasına imkan yaratmaqla, qalan hərbi əsirlərin və həbsdə olan Həmas üzvlərinin azad edilməsinə şərait yaratmaqla “bu böhranın mühüm humanitar aspektinin həllinə” kömək edib.
“Ancaq bundan sonra nə olacağını təxmin etmək mənim üçün çətindir” deyə,- baş diplomat bildirib.


