ABŞ Nümayəndələr Palatasının Prezident Donald Trampa qarşı impiçment prosedurunun başladılmasından sonra onun reytinqində ciddi dəyişiklik baş verməyib.
Axar.az xəbər verir ki, bu nəticə “Assoşeyted Press” agentliyinin sorğusundan sonra ortaya çıxıb.
Sorğu iştirakçılarının 61%-i Trampın demokratik institutlara hörmət etmədiyini bildirib. Respublikaçılar arasında Trampın reytinqi 85%, Demokratlar sırasında isə cəmi 7%-ə çatıb. Ümumilikdə Trampın fəaliyyətini respondentlərin 42%-i dəstəkləyib. 54% Trampın iqtisadi, 55% isə ticarət danışıqlarındakı problemləri həll etməyindən məmnun olduğunu bildirib.
Trampın fəaliyyətini sorğu iştirakçıları daha çox beynəlxalq siyasətlə bağlı məsələlərdə tənqid ediblər. Belə ki, Trampın bu istiqamətdəki fəaliyyətinə 59% neqativ yanaşdığını söyləyib.