Türk Dövlətləri Təşkilatının baş katibi Macarıstan XİN başçısı ilə görüşdü

Türk Dövlətləri Təşkilatının baş katibi Macarıstan XİN başçısı ilə görüşdü

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubançıbek Omuraliyev Macarıstanın xarici işlər naziri Piter Siyyarto ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Siyyarto bu barədə feysbuk səhifəsində məlumat verib.

 

Görüş K.Omuraliyevin Budapeştə səfəri çərçivəsində baş tutub.

 

“Türk Dövlətləri Təşkilatının Macarıstan üçün nə qədər əhəmiyyətli olduğu dəfələrlə sübut edilib. İndiki qlobal vəziyyətdə həqiqi dostlara və sağlam düşüncəyə əsaslanan siyasətə hər zamankından daha çox ehtiyac var. Təşkilatın yeni baş katibi Kubançıbek Omuraliyev ilə birlikdə bu gündən bu istiqamətdə birgə işimizə başladıq”, – deyə nazir qeyd edib.

Mənbə

Share: