Sabah Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Birinci Zirvə görüşü keçiriləcək.
Modern.az xəbər verir ki, bu gün TDT Xarici İşlər Nazirləri Şurası Sammiti nəzərdə tutulub.
Xarici işlər nazirləri dövlət başçılarının imzalayacağı sənədlər üzərində yekun işi aparmaq üçün Səmərqənddə bir araya gələcəklər.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.
Sabah baş tutacaq sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.