Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin anbarında partlayış baş verib.
Milletinsesi.az xəbər verir ki, bu məlumatı Qazaxıstan Daxili İşlər Nazirliyi yayıb. Hadisə yerinə 8 yanğınsöndürmə maşınının cəlb edildiyi vurğulanıb. İnsidentin səhər saatlarında yerli vaxtla 09:20-da baş verdiyi qeyd edilib.
Hərbi hissənin yaxınlığında yerləşən yaşayış məskənlərinin köçürülməsinə başlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Qazaxıstan rəsmilərinin məlumatına görə, partlayış nəticəsində 16 nəfər yaralanıb. Yaralıların 1-i hərbçi, qalanı isə mülki vətəndaşlardır.
Hazırda şəhərin tamamilə boşaldılması üçün işlər aparılır.
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev hadisənin araşdırılması üçün tapşırıq verib. Müdafiə naziri Nurlan Ermekbayev hadisə yerinə yollanıb.