Türk ölkəsində hökumət istefaya getdi

Qırğızıstanın hökumət başçısı istefaya gedib.

Ölkə prezidenti Sooronbay Ceenbekov Baş nazir Məhəmmədkalıy Abılqaziyevin istefasını qəbul edib.

Bu barədə Qırğızıstan Prezident Administrasiyası rəsmi məlumat yayıb.

Qərara əsasən, mövcud Nazirlər Kabineti yeni hökumət seçilənə qədər müvəqqəti olaraq vəzifəsini icra edəcək.

Koalisiya hökumətini yaradan partiya liderləri yeni Baş nazir namizədinin müəyyən edilməsi üçün bir araya gələcək.

Qeyd edək ki, Məhəmmədkalıy Məhəmmədkalıy Abılqaziyevin haqqındakı vəzifəsindən sui-istifadə etmək iddialarından sonra ötən gün vəzifəsindən istefa verdiyini açıqlamışdı.

2 il əvvəl hökumət başçısı seçilən Məhəmmədkalıy Abılqaziyev radiotezlik xəttinin genişləndirilməsi və yenilənməsi çərçivəsində dövlətə ziyan vurmaqda günahlandırılır. Lakin baş nazir bu iddiaları təkzib edir.

Share: