Türk ordusu terrorçu səhra komandirini məhv etdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın Haseke vilayətində YPG terror qruplaşmasının səhra komandirini zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, Türkiyənin pilotsuz uçuş aparatları terrorçulara məxsus avtomobil karvanını bombalayıb.

 

Məlumata görə, YPG terror təşkilatının adı açıqlanmayan səhra komandirinin olduğu avtomobillərdən birinə iki raket düşüb.

 

Bir neçə yaraqlı isə məhv edilib.

 

Bundan başqa, Türkiyənin Milli Müdafiə Nazirliyinin isə rəsmi açıqlamasında qeyd olunub ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində xüsysi təyinatlılar Suriyanın şimalında iki terrorçunu məhv edib.

 

Xatırladaq ki, Suriya və İraqın şımalında keçirilən “Pəncə-Kilid” əməliyyat zamanı 491 terrorçu öldürülüb.

Mənbə

Share: