Türk Şurası 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar mesaj yayımlayıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar mesaj yayımlayıb.

20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edildiyi mesajda deyilir: “Qara Yanvar olaraq bilinən 1990-cı il yanvarın 20-də Bakıda törədilən qətliam ilə əlaqədar Türk Şurası olaraq Vətənləri uğrunda canlarını fəda edən Azərbaycanın bütün qəhrəman övladlarını hörmətlə yad edir, əziz xatirələri önündə hörmətlə baş əyirik”.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: