Türkiyənin Van bölgəsində kəşfiyyat təyyarəsi qəzaya uğrayıb.
Yerli Kütləvi İnformasiya vasitələrinin yaydığı məlumata görə, təyyarə Artos dağına çırpılıb. Hadisə nəticəsində 2-si pilot olmaqla 7 nəfər şəhid olub.
Hazırda Tükiyənin Daxili İşlər naziri Süleyman Soylu, Türkiyənin baş polis idarəsinin səisi Mehmet Aktaş və Jandarma Təhlükəsizlik Korpusunun komandiri general-mayor Hacı İlbaş hadisə yerinə yollanıblar (RealTV).
Ovqat.com-un məlumatına görə, Ermənistan ilə sərhəddə yerləşən Artos dağında baş vermiş qəzanın Gömrüdəki rus ordusu tərəfindən vurulma ehtimalı da istisna edilmir. Zira Gömrü bu dağın qarşı tərəfində yerləşir və Türk təyyarəsinin kəşfiyyat uçuşu həm də Tovuz rayonuna edilmiş hücumla əlaqədar göz dağı və hərbi mesaj xarakteri daşıyırdı. Təyyarənin ruslar tərəfindən vurulması təsdiqlənərsə, bunun ciddi gərginliyə səbəb olması qaçılmazdır.
Xatırladaq ki, Tovuz hücumu zamanı Türkiyə açıq şəkildə Azərbaycanı dəstəkləmiş, Rusiya XİN isə ona eyhamlı dillə işə qarışmamağı məsləhət görmüşdü. Məhz bu xəbərdarlıqdan sonra Türk təyyarəsinin qəzaya uğraması təsadüfi görünmür.