Türkiyə Şimali Kiprdə S-400 raketi yerləşdirəcək

Türkiyə Rusiyadan alacağı S-400 komplekslərini Şimali Kipr Türk Cümhuriyyətində yerləşdirə bilər.

Bu barədə Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Yenidən Doğuş Partiyasının (YDP) sədri Ərhan Arıqlı deyib.

Partiya sədri bildirib ki, Şimali Kiprin hava sahəsinə nəzarət və təhlükəsizliyin təmin olunmasını Türkiyənin ixtiyarına buraxmaq lazımdır./Teleqraf.com

Share: