![Türkiyə vətəndaşı Naxçıvanda qəza törətdi](https://milletinsesi.az/wp-content/uploads/;http://www.unikal.org/photos/unikal/1556798667.675ccad92a4af30.jpg)
Türkiyə vətəndaşı Naxçıvanda yol-nəqliyyat hadisəsi törədib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən xəbərə görə, aprelin 30-da saat 22 radələrində Şərur rayonunun Dəmirçi kəndi ərazisində Türkiyə vətəndaşı K.Musa idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə qarşıda gedən kənd sakini Hüseyn Əhmədovun idarə etdiyi “Lada-21041” markalı avtomobili vurub. Xəstəxanaya yerləşdirilən H.Əhmədov mayın 1-də orada vəfat edib.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.