Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda partlayış baş verib.
Türkiyənin NTV televiziyası xəbər verir ki, avtomobildə baş verən partlayış nəticəsində 2 nəfər həyatını itirib. Daha 2 nəfər yaralanıb.
Hadisədən dərhal sonra əraziyə xilasedicilər, təcili tibbi yardım briqadaları və təhlükəsizlik əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.