Türkiyənin Səhiyyə Nazirliyi Kuba ilə ortaq işçi qrup yaradır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi informasiya yayıb.
“Beynəlxalq əməkdaşlığımızı artırırıq. Kuba ilə peyvənd, xərçəng vaksini və dərmanları ilə bağlı ortaq işçi qrup yaradılmasına qərar verilib. Kuba nümayəndə heyəti bu həftə ölkəmizə səfər edəcək”, – Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, 2012-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kubanın səhiyyə sisteminin dünyada ən yaxşı olduğunu rəsmən tanıyıb. Kuba biotexnologiyalar, xərçəng əleyhinə vaksinlərin hazırlanmasında da son dərəcə irəli gedib. Ölkə dünyanın təxminən 40 ölkəsinə tibb məhsulları satır.