Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 51 miqrant saxlanılıb

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 51 miqrant saxlanılıb.

Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan miqrantların qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçmək istədikləri müəyyən olunub. Onlardan 25-i uşaq, 13-ü isə qadındır.
Həmin şəxslər aidiyyəti qurumlara təhvil veriliblər.

Share: