Türkiyə aviadaşıyıcı istehsalına başlayır

Türkiyə aviadaşıyıcı istehsalına başlayır

Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli şirkətlərə aviadaşıyıcı istehsalı ilə bağlı çağırış edib.

Milletinsesi.az xəbər verir ki, artıq Türkiyədə fəaliyyət göstərən “Kaptanoğlu-Desan Gəmiqayırma” şirkətindən Ərdoğanın çağırışına cavab gəlib.

Məlumata görə, şirkətin prezidenti Cenk İsmayıl Kaptanoğlu bu layihəni uğurla həyata keçirə biləcəklərini açıqlayıb:

“Aviadaşıyıcı istehsalı “Kaptanoğlu-Desan Gəmiqayırma” şirkəti olaraq bizi həyəcanlandırdı. Şirkətimiz bu layihəni yerinə yetirmək qabiliyyətinə malikdir. Türkiyəyə adından söz etdirəcək bir əsər yarada bilərik”.

 

Share: