Koronavirus testinin mənfi nəticəsi olan sənəd aviasərnişinlərin Türkiyəyə girişi üçün icbari şərt olaraq dekabarın 30-dan etibarən qüvvəyə minəcək. Ölkə rəhbərliyi belə tədbirin tətbiqini iki gün sonraya ertələyib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Türkiyənin milli aviadaşıyıcısı olan “Turkish Airlines” məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Səhiyyə Nazirliyi Türkiyəyə dekabrın 28-dən təyyarə, dekabrın 30-dan etibarən isə yerüstü nəqliyyat ilə gələn sərnişinlərin koronavirusa dair mənfi testin sənədini təqdim etməli olduğunu bildirmişdi./report