Türkiyə “Avro-2020″yə ev sahibliyi edə bilər

Türkiyə Avro-2020-yə ev sahibliyi edəcək ölkələrdən biri ola bilər.

Qol.az xəbər verir ki, bu barədə  İtaliyanın “La Repubblica” nəşri məlumat yayıb. Bildirilib ki, koronavirusun sürətlə yayıldığı İtaliyadan  ev sahibliyinin alınaraq Türkiyəyə verilməsi mümkündür.

Türkiyə 2018-ci ildə Avro-2024-ə ev sahibliyi etmək üçün namizədliyini versə də, sonda bu hüquq Almaniyaya verilmişdi.

Xəbərdə o da qeyd olunub ki, Avro-2020-nin gələcəyi ilə bağlı iclas sabah keçiriləcək. Turnirlə bağlı variantlar sırasında Avro-2020nin 2021-ci ildə keçirilməsi, iyun yox, iyulda başlaması, ev sahibi ölkələrin dəyişdirilməsi və turnir matçlarının azarkeşsiz oynanılmasının olduğu iddia olunur.

Share: