Türkiyə Avropa ilə sərhədə 1000 xüsusi təyinatlı göndərdi – SƏBƏB

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Yunanistanla sərhədə baş çəkib.

Lent.az -ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, nazir Avropa ilə sərhəd bölgələri helikopterlə müşahidə edib.

Süleyman Soylu daha sonra gəldiyi Ədirnə icra hakimiyyətində media nümayəndələri qarşısına çıxıb. Nazir Yunanistanın qaçqınlara qarşı olan münasibəti barədə açıqlama verib:

“Biz Türkiyədən Avropaya keçmək istəyənlərə əngəl yaratmırıq. Geri qayıdan qaçqınların qarşısını almaq üçün 1000 xüsusi təyinatlı polisi sərhədə gətiririk. Belə görünür ki, Avropa insanlıq sınağından çıxmayıb. Yaxşı ki, dünya Avropanın əlinə keçmir. Suriyalı köçkünlərə qaşır 1978-ci il istehsalı olan gözyaşardıcı qazlardan istifadə ediblər”.

Share: