Türkiyə Azərbaycana sürücüsüz zirehli maşın satacaq

Türkiyə Azərbaycana sürücüsüz zirehli maşın satacaq

Türkiyə Azərbaycana “Barkan” markalı sürücüsüz zirehli maşın sata bilər.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə istehsalçı şirkət olan HAVELSAN-ın rəhbəri Hacı Əli Mantar bildirib.

 

“Azərbaycan, Ukrayna və Pakistanla müqavilələr imzalanıb. Müzakirələrimiz davam edir”, – şirkət rəhbəri deyib.

 

Onun sözlərinə görə, hazırda “Barkan”dan ancaq Türkiyədə istifadə olunur.

Mənbə

Share: