“Türkiyə bundan sonra Azərbaycanda daha aktiv siyasət aparmağa məcburdur…”

“Türkiyə bundan sonra Azərbaycanda daha aktiv siyasət aparmağa məcburdur…”

“Azərbaycan üçün son Ərdoğan-Putin görüşünün əhəmiyyəti o ola bilərdi ki, Türkiyənin bölgədə artan nüfuzu ilə hesablaşan Rusiya Qərbin aktivliyinin qarşısını almaq üçün Türkiyənin rolunun artmasına mane olmasın…”

 

“Soçidəki Ərdoğan-Putin görüşündə gündəm başlıqları arasında Ermənistan -Azərbaycan münasibətlərinin də müzakirə edilməsi gözlənilirdi. Bunu daha çox ermənilər gözləyirdi, amma Rusiya tərəfindən buna reaksiya əvvəlki normal gəlişmələrdən fərqli olmadı.”

 

Bunu Moderator.az-a açıqlamasında Türkiyə və Rusiya liderlərinin Soçidəki son görüşünü şərh edən ermənişünas alim Qafar Çaxmaqlı söyləyib.

 

“Rusiyanın bölgədəki məsələrlə bağlı mövqeyinin dəyişəcəyinə inanmaq mümkün deyil. Rusiya əvvəlki kimi Qərbin siyasi və diplomatik müdaxilələrini qəbul etmir, Qarabağdakı mövcud durumu dondurub gələcəyə saxlamaq istəyir və yaranmış situasiyalara da münasibətini bu aspektdən bildirir. Azərbaycan üçün bu görüşün əhəmiyyəti o ola bilərdi ki, Türkiyənin bölgədə artan nüfuzu ilə hesablaşan Rusiya Qərbin aktivliyinin qarşısını almaq üçün Türkiyənin rolunun artmasına mane olmasın. Ehtimal ki, ikili müzakirələrdə bunlardan da bəhs edilmiş və gələcək perspektivdə həmin mövzu da nəzərə alınacaqdır. Bütün hallarda Türkiyə bundan sonra  Azərbaycanda daha aktiv siyasət aparmağa məcburdur”,- deyə davamında Qafar Çaxmaqlı vurğulayıb.

 

Sultan Laçın

 

Mənbə

Share: