Türkiyə Ermənistanla danışıqları üçüncü ölkədə keçirmək istəmir

Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesi çərçivəsində növbəti görüşün üçüncü ölkədə keçirilməsini istəmir.

Milletinsesi.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dəki mənbə bildirib.

Qeyd edilib ki, rəsmi Ankara görüşün Türkiyə və ya Ermənistanda keçirlməsinin tərəfdarıdır.

Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara dialoqa başlamaq üçün öz diplomatlarını təyin ediblər. Bunlar Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır.

Onlar bu il yanvarın 14-də Moskvada vədaha sonra üç dəfə Vyanada görüşüblər.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi səbəb olub.

Mənbə

Share: