Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi ilə bağlı xəbərləri təkzib edib

Türkiyə Futbol Federasiyası (TFF) əsas milli komandanın baş məşqçisi Ştefan Kuntsun istefaya göndərilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Qurum məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

60 yaşlı almaniyalı mütəxəssis sentyabrın 20-də TFF prezidenti Mehmet Büyükekşi ilə görüşəcək.

Mənbə

Share: