Türkiyə hərbçiləri Afrika ölkələrində daha bir il qalacaq 

Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının Mali və Mərkəzi Afrika Respublikasında qalma müddəti uzadılıb.

 

Modern.az xəbər verir ki, müvafiq qərar Türkiyə parlamenti tərəfindən qəbul edilib.

 

Türkiyə hərbçiləri Birləşmiş Millətlər Təşkilatının missiyaları çərçivəsində daha bir il qeyd olunan ölkələrdə qalacaq.

 

Müddətin uzadılması təklifi Türkiyə Prezidenti tərəfindən irəli sürülüb.

 

Akif İsmayılov 

Mənbə

Share: