Türkiyə hərbçiləri kəndlilərə hücum edən terroçuları məhv etdilər

Suriyadakı PKK / YPG terrorçuları “Fərat qalxanı” əməliyyatı bölgəsində yerləşən Azez qəsəbəsində zeytun yığan kəndlilərə hücum ediblər.

Milletinsesi.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Əkinçilərə atəş açıldığını görən qəhrəman əsgərlərimiz dərhal cavab verərək hücumu həyata keçirən 3 PKK / YPG terrorçusunu zərərsizləşdirdi”, – deyə məlumatda qeyd olunub.

Məlumatda o da vurğulanıb ki, terrorçular “Fərat qalxanı” əməliyyatının keçirildiyi zonaya Suriyanın Tall-Rıfat rayonundan daxil olublar.

Share: