“Ölkələrimiz arasında əlaqələr çox böyük məmnunluq doğurur”.
Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay bu gün Prezident İlham Əliyevin qəbulunda deyib.
Fuat Oktay münasibətlərimizin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyini deyib. O, Şuşa Bəyannaməsi ilə rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətlərinin həmin sənəddən irəli gələn məqsəd və məramlar əsasında daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb.
Ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyənin yanında olmasının önəmini qeyd edən TBMM-in komitə sədri bu dəstəyə görə təşəkkürünü ifadə edib.
İqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluğunu bildirən Fuat Oktay ölkələrimizin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığının genişlənməsi istiqamətində səyləri yüksək qiymətləndirib.