Avqustun 7-dən etibarən Türkiyə ilə Rusiya arasında xidməti və xüsusi pasport sahiblərinin vizasız qarşılıqlı gediş-gəlişinə başlanılıb.
Milletinsesi.az xəbər verir ki, 2010-cu il mayın 12-də iki ölkə arasında imzalanan vizasız rejimlə bağlı razılaşma bu gündən etibarən qismən qüvvəyə minib.
Razılaşmaya əsasən bu ölkələrin xidməti və xüsusi ümumvətəndaş pasportuna sahib vətəndaşları vizasız 30 gün müddətində qarşılıqlı səyahət edə biləcək.
© xezerxeber.az