Türkiyənin “Ares” gəmiqayırma zavodu zirehli pilotsuz ULAQ gəmisinin kütləvi istehsalına başlayıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə gəmiqayırma zavodunun sözçüsü Onur Yıldırım xəbər verib.
Onun sözlərinə görə, gəmi 12,7 mm-lik “Koralp” döyüş modulu ilə təchiz olunub. Gəmi atəş sınaqlarından yanvar ayında keçib.
ULAQ-ın üzmə məsafəsi 400 km, maksimal sürəti saatda 65 km-dir.
Pilotsuz gəmi peyk vasitəsilə idarə oluna bilər.
O, həm də avtonom şəkildə tapşırıqları yerinə yetirə bilir.