
Türkiyə ixracdan əldə etdiyi gəlirlərin həcmini artırıb.
Modern az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
O bildirib ki, ölkəsi 2022-ci ildə ixracatdan 254, 2 milyard dollar gəlir əldə edib. Bu, 2021-ci illə müqayisədə 12,9% çoxdur.
“Bu rəqəm cümhuriyyət tariximizin rekordudur. Bundan sonra hədəfimiz Türkiyəni dünyanın ilk 10 ixracatçı ölkəsindən biri etməkdir”, – Ərdoğan qeyd edib.
Akif İsmayılov