Türkiyə İsrailə səfir təyinatını rəsmiləşdirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan diplomatik münasibətlərin bərpasından sonra Şakir Özkan Torunların İsrailə səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, müvafiq sənəd “Rəsmi Qəzet”də dərc olunub.


Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Türkiyə İsrailə səfir təyin etmək və diplomatik münasibətləri bərpa etmək qərarına gəlib.

Şakir Özkan Torunlar daha əvvəl Türkiyənin Fələstindəki səfiri vəzifəsində çalışıb.


Prezidentin sərəncamında deyilir ki, “Xarici Siyasət Məsləhət Şurasının üzvü Şakir Özkan Torunlar Prezidentin 3 saylı fərmanının 2-ci və 3-cü maddələrinə uyğun olaraq Türkiyənin İsrail Dövlətinə səfiri təyin edilib”.

 

İsraillə Türkiyə arasında münasibətlər 2010-cu ildə Türkiyədən Qəzza zolağına gedən “Mavi Mərmərə” gəmisinin İsrail xüsusi təyinatlıları tərəfindən ələ keçirilməsi hadisəsindən sonra kəskin şəkildə pisləşmişdi. 2018-ci ilin mayında Ankara Qəzza zolağında İsrailin yaranmasının 70-ci ildönümü və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi fonunda keçirilən etiraz aksiyalarından sonra İsrailin Türkiyədəki səfirini ölkəsinə getməyə çağırmışdı.

Mənbə

Share: