Türkiyə “KızılElma”nı növbəti dəfə havaya qaldırdı 

Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “KızılElma” pilotsuz döyüş təyyarəsi növbəti uçuşunu həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin sosial media hesabında məlumat yayılıb.

 

Bildirilir ki, pilotsuz qırıcı ikinci uçuşunu uğurla başa vurub. Sınaqlar Çorlu şəhərində baş tutub.

 

Qeyd edək ki, “KızılElma” tamamilə milli və yerli resurslarla istehsal edilib. Çoxlu sayda sursat və raket daşıyan pilotsuz təyyarə F-16 döyüş təyyarələrinə dəstək məqsədilə istifadə ediləcək.

 

Akif İsmayılov 

 

Mənbə

Share: