Türkiyə klubunda yeni baş məşqçi

Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az “NTV Spor”a istinadən xəbər verir ki, komandanı Bülent Uyğun çalışdıracaq. Bu barədə Kayseri şəhərinin bələdiyyə sədri Memduh Büyükkılıç yerli mətbuata məlumat verib.

Bülent Uyğun bu mövsüm “Kayserispor”a təyin edilən 3-cü baş məşqçidir. Ona qədər Hikmət Karaman və Samet Aybaba ilə yollar ayrılıb.

Qeyd edək ki, Bülent Uygun son olaraq Qətərin “Əl-Qarafa” və “Əl Rayan” komandalarında işləyib.

Share: